Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi,
polis general-mayoru Heydərov Heydər Teyyub oğlu


1959-cu ildə anadan olub. 1983-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.

1986-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisinin müavini və idarə rəisi vəzifələrində çalışmışdır. 

2017-ci il yanvar ayının 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə Heydərov Heydər Teyyub oğluna polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir. 

Ailəlidir. İki övladı var.
 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini,
polis polkovniki Zeynalov Samir Məmmədhəsən oğlu


1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və 2000-2005-ci illərdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində, 2005-2006-cı illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, 2006-2011-ci illərdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, 2011-2015-ci illərdə isə şöbə rəisi vəzifələrində çalışmışdır.
 
2015-ci ilin yanvar ayının 21-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3 və 2-ci dərəcəli medallarına, digər müxtəlif mükafatlara layiq görülmüşdür.

Ailəlidir. İki övladı var.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48