20 aprel 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin heyəti ilə görüş keçirilmişdir.

20.04.2017

20 aprel 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprakın başçılıq etdiyi nümayəndə heyətini Baş İdarədə qəbul etmişdir.

Görüşdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər, o cümlədən yetkinlik yaşına çatmayanların sosial və hüquqi müdafiəsinin gücləndirilməsi məsələləri müzakirə edilmiş, əməkdaşlıq perspektivləri dəqiqləşdirilmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48