Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti işçiləri üçün insan alverinə qarşı mübarizə üzrə təlim keçirilmişdir.

13.09.2018

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində miqrasiya orqanlarının işçiləri üçün “Qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində insan alveri və məcburi əmək halları” mövzusunda 13 sentyabr 2018-ci il tarixdə keçirilən təlimdə DIN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı təlimçi qismində iştirak etmişdir.

Təlimdə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insan alveri və onun törədə biləcəyi nəticələr, o cümlədən insan alverinə qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş, dinləyicilərin insan alverinə qarşı mübarizə sahəsinə dair sualları ətraflı şəkildə cavablandırılmışdır.

Ümumilikdə təlim səmərəli və işgüzar şəraitdə keçmişdir.  

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48