DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları ilə görüş keçirilmişdir.

09.02.2016

2016-cı ilin 9 fevral tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları Baş İdarənin rəisi, polis general-mayoru Şərif Əsədullayev tərəfindən qəbul edilmişdir.

Baş İdarənin rəisi qonaqlara ötən il ərzində Respublika üzrə insan alverinə qarşı mübarizəyə dair statistik rəqəmlər barədə məlumat vermiş, ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizə edilən tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığını qeyd etmişdir. Bununla yanaşı ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə qonaqlar ətraflı məlumatlandırılmış, suallar cavablandırılmışdır.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48