Avstriya Respublikasının Vyana şəhərində insan alveri ilə mübarizə sahəsində ölkəmizdə görülmüş işlər və ATƏT öhdəliklərinin yerinə yetirilməsi müzakirə edilmişdir.

22.06.2016

Avstriya Respublikasının Vyana şəhərində ATƏT-in İnsan Ölçüsü Komitəsinin Finlandiya sədrliyi tərəfindən insan alveri və uşaq hüquqları mövzuları üzrə 22 iyun 2016-cı il tarixdə təşkil edilmiş iclasda insan alveri ilə mübarizə sahəsində ölkəmizdə görülmüş işlər və ATƏT öhdəliklərinin yerinə yetirilməsi müzakirə edilmişdir.

Komitə iclasının məqsədi insan alverinə qarşı mübarizə və uşaq hüquqlarının qorunması üzrə dövlət və qeyri-dövlət qurumlarının fəaliyyətini müzakirə etmək, bu sahədə müsbət təcrübəni, effektiv mexanizmi bölüşməkdən ibarət olmuşdur.

İclasda ölkəmizi təmsil etmiş Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov Komitə qarşısında “Azərbaycanda insan alverinə qarşı mübarizə fəaliyyəti” mövzusunda təqdimat keçirərək məruzəçi qismində çıxış etmiş, Azərbaycan təcrübəsi iclasda iştirak edən ATƏT-ə üzv ölkələrin Vyanada yerləşən daimi nümayəndəliklərinin, ATƏT-in və digər beynəlxalq təşkilatların rəsmilərinin marağına səbəb olmuş, verilən suallar cavablandırılmış və görülmüş işlər yüksək qiymətləndirilmişdir.

Eyni zamanda ölkəmiz tərəfindən bu sahədə beynəlxalq tərəfdaşların tövsiyələrinin icrasının davam etdirilməsinin əhəmiyyəti vurğulanmış, mövzu ilə bağlı Azərbaycanla yanaşı Yunanıstan və Lixtenşteyn nümayəndələrinin çıxışları dinlənilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48