|
152
BİGANƏ QALMA |
İNSAN ALVERİ - İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ OLAN FAHİŞƏLİYƏ CƏLB ETMƏ VƏ YA ƏXLAQSIZLIQ
YUVALARI SAXLAMA CİNAYƏTİ DEYİL!
İNSAN ALVERİNİN QURBANI - FAHİŞƏLİKLƏ MƏŞĞUL OLAN VƏ YA ƏXLAQSIZ HƏYAT TƏRZİ
SÜRƏN ŞƏXS DEYİL!
İnsan alveri əməlinin ünsürləri:
- Əməlin törədilmə məqsədi – İSTİSMAR
- Əməlin törədilmə üsulları - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə; hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə; oğurlama; dələduzluq; aldatma yolu ilə; təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə; yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla
- Əməlin özü - şəxsin cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi
İNSANLARIN İSTİSMARI dedikdə AŞAĞIDAKILAR BAŞA DÜŞÜLÜR:
- Məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsi
- Cinsi istismar - şəxsin fahişəlikdə, seksual köləlikdə və ya pornoqrafik materialların istehsalında istifadə edilməsi, digər şəxslərin cinsi istismarından mənfəət əldə edilməsi
- Köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti - şəxs üzərində mülkiyyət hüququna xas olan səlahiyyətlərin tam və ya qismən həyata keçirilməsi;
- İnsan orqanlarının və toxumalarının qanunsuz çıxarılması
- Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması
- Qadının surroqat ana kimi istifadə edilməsi
- Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə, habelə insanların digər formada istismar edilməsi
İNSAN ALVERİNİN QURBANI - İNSAN ALVERİNDƏN ZƏRƏR ÇƏKMİŞ, YAXUD ZƏRƏR ÇƏKMƏSİ
EHTİMAL OLUNAN ŞƏXSDİR!
İnsan alveri qurbanlarının əlamətləri:
- öz iradəsi ziddinə işləməyə məcbur olduğunu, işdənçıxma imkanlarının olmamasını düşünür;
- öz hərəkətlərinin nəzarət altında olduğunu, hərəkət azadlığının olmadığını və ya məhdud olduğunu düşünür;
- qorxu və narahatlıq hissləri keçirir;
- daim və ya bəzən özü, ailə üzvləri, yaxınları zorakılığa, yaxud zor tətbiq etmə hədəsinə məruz qalır;
- istismara, zorakılığa və ya hərəkət azadlığını məhdudlaşdıran təsir tədbirlərinə məruz qalmaya xarakterik olan xəsarətlərdən əziyyət çəkir;
- dövlət orqanlarına təhvil verilməsi hədəsi ilə üzləşir;
- digər şəxslərdə saxlanıldığına görə özündə şəxsiyyəti təsdiq edən, yaxud yol sənədləri olmur və ya saxta sənədlərə malik olur;
- yerli dili, yaşadığı və ya işlədiyi yerin ünvanını bilmir;
- digər şəxslərin göstərişləri üzrə hərəkət edir, onların müəyyən etdiyi şərtlərlə işləyir, gördükləri iş müqabilində çox az və ya heç bir gəlir əldə etmir;
- ümumyaşayış normalarına cavab verməyən şəraitdə yaşayır;
- tibbi, sosial xidmətdən yararlanma imkanları, həmçinin öz ailə üzvləri və digər yaxınları ilə əlaqələri məhdud olur və s.