Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi

24 avqust 2017-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

24.08.2017

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə Səfirliyin nümayəndələri - siyasi işlər üzrə müşaviri Uiliyam Solley, siyasi məsələlər üzrə ikinci katib Ketrin Korridan və siyasi məsələlər üzrə köməkçi (tərcüməçi) Kənan Mustafayevi 24 avqust 2017-ci il tarixdə Baş İdarədə qəbul etmişdir.
Baş İdarənin rəisi və rəis müavininin iştirak etdiyi görüşdə insan alverinə qarşı mübarizə sahəsində 2017-cı ildə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.
Baş İdarənin rəisi qonaqlara ötən il ərzində Respublika üzrə insan alverinə qarşı mübarizəyə dair statistik rəqəmlər barədə məlumat vermiş, ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizə edilən tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığını qeyd etmişdir. Bununla yanaşı ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə qonaqlar ətraflı məlumatlandırılmış, suallar cavablandırılmışdır.
ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirmişdir.

Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.

Geriyə





Çap et  Çap et