Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin nümayəndə heyəti və beynəlxalq ekspert ilə görüş keçirilmişdir.

09.02.2018

2018-ci ilin 8 fevral tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin heyəti və beynəlxalq ekspert John Linehan ilə görüş keçirilmişdir.

Görüşün əsas məqsədi ölkəmizin səlahiyyətli dövlət qurumu üçün insan alverinə qarşı mübarizəyə dair Təlim Proqramının hazırlanması və ümumilikdə bu sahədə Azərbaycanda görülən işlər üzrə məlumat mübadiləsi aparmaq, təlim ehtiyaclarını müəyyənləşdirmək olmuşdur.

BMqT nümayəndələri və beynəlxalq eksperti maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmış, insan alverinə qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verilmiş, insan alveri qurbanlarının müəyyən edilmə mexanizmləri və bu məqsədlə həyata keçirilən monitorinq və yoxlamalar müzakirə edilmişdir.

Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirmişdir.

Geriyə





Çap et  Çap et