Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

14 mart 2018-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə görüş keçirilmişdir.

14.03.2018

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Saeed Khan Mohmand və onun müavini Naveed Anjumu 14 mart 2018-ci il tarixdə Baş İdarədə qəbul etmişdir.

Görüşdə insan alverinə qarşı mübarizə sahəsində Azərbayan Respublikasında görülmüş işlər və ikitərəfli beynəlxalq müqavilələrə əsasən əməkdaşlıq perspektivləri müzakirə olundu.

Qonaq heyət aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi. Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.





Çap et  Çap et