16.06.2016
2016-cı il iyun ayının 16-da İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1988-ci il təvəllüdlü, Astara şəhər sakini Məmmədova Aygün Xamməd qızının Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının Sakarya şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.