İNSAN ALVERİNİN QURBANI ƏXLAQSIZ HƏYAT TƏRZİ SÜRƏN ŞƏXS DEYİL!!!

06.12.2018

 

AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİNƏ ƏSASƏN:

 

 

M Ü Q A Y İ S Ə L İ    C Ə D V Ə L

 

İNSAN ALVERİ, MƏCBURİ ƏMƏK

(144-1, 144-2 və 144-3-cü maddələr)

 

FAHİŞƏLİYƏ CƏLB ETMƏ, ƏXLAQSIZLIQ YUVALARI SAXLAMA

(243 və 244-cü maddələr)

Şəxsiyyətin azadlığı əleyhinə olan cinayətdir.

İctimai mənəviyyat əleyhinə olan cinayətdir.

Transmilli mütəşəkkil cinayətkarlığın növüdür və mahiyyət etibarı ilə müasir köləlik formasıdır.

Transmilli və köləlik xarakteri mövcud deyil.

Törədilmə məqsədi istismardır.

Törədilmə məqsədi gəlir və ya digər fayda əldə etməkdir.

Ağır cinayətdir, lakin ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda xüsusilə ağır cinayətdir.

Az ağır cinayətdir.

 

Zərərçəkmiş şəxs:

 

- Azadlığı məhdudlaşdırılmış, iradəsi ziddinə xidmət göstərməyə məcbur edilmiş insan alverinin qurbanı olan kişi və qadınlardır;

 

- Mülki, inzibati və cinayət məsuliyyətindən azad edilirlər;

 

DÖVLƏT TƏRƏFİNDƏN HİMAYƏ EDİLİR, YARDIM GÖSTƏRİLİR, SOSİAL REABİLİTASİYASI, TƏHLÜKƏSİZLİYİ və KONFİDENSİALLIĞI TƏMİN OLUNUR.

Zərərçəkmiş şəxs:

 

Könüllü olaraq fahişəliklə məşğul olan və ya   əxlaqsız həyat tərzi sürən yalnız qadınlardır;

 

İnzibati Xətalar Məcəlləsinin   524-cü maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilir.

 

 

 

Törədilmə formaları - məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi və s.

Törədilmə formaları qanunla müəyyən edilməmişdir.

 

 

Törədilmə üsulları - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə; hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə; oğurlama; dələduzluq; aldatma yolu ilə; təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə; yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla

Törədilmə üsulları qanunla müəyyən edilməmişdir.

 

 

 

CƏZA - yalnız beş ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

CƏZA - cərimə, ictimai və ya islah işləri və ya altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48