28 avqust 2018-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

28.08.2018

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti üzrə Səfirliyin siyasi işlər üzrə müşavirləri Uiliyam Solley və Ketrin Korridan, siyasi şöbənin əməkdaşları Kristin Sinq və Nigar Hüseynovanı 28 avqust  2018-ci il tarixdə Baş İdarədə qəbul etmişdir.

Görüşdə insan alverinə qarşı mübarizə sahəsində 2017-ci və 2018-ci ilin ötən dövründə ölkədə görülmüş işlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olundu.

ABŞ Dövlət Departamentinin 28 iyun 2018-ci il tarixdə yayımladığı İnsan alverinə qarşı mübarizəyə dair illik hesabatında Azərbaycana münasibətdə qeyd olunan məqamlar geniş müzakirə edilərək suallar cavablandırılmış, ölkəmizə edilən tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq tədbirlərin görüldüyü və ümumiyyətlə beynəlxalq tövsiyələrin daim diqqətdə saxlanıldığı vurğulanmışdır.

Sonda ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndə heyəti aparılmış müzakirələrə və təqdim olunmuş məlumatlara görə minnətdarlığını bildirdi. Görüş səmimi və işgüzar şəraitdə baş tutmuşdur.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48