• İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
  • : - Məcburi əmək; - Cinsi istismar; - Köləlik; - Köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti; - İnsan orqanlarının və toxumalarının qanunsuz transplantasiyası; - Şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması; - Qadının surroqat ana kimi istifadə edilməsi; - Qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə və s.
  • - İşsizlər; Miqranlar; Təhsildən yayınanlar; Avaralıqla və dilənçiliklə məşğul olanlar; Səfillər, kimsəsizlər və baxımsızlar; Əxlaqsız həyat tərzi sürənlər; Əqli cəhətdən anlaqsız vəziyyətdə olanlar; İçki, narkotika və psixotrop maddələrdən asılı olanlar və s.
  • - İşədüzəltmə firmaları; Moda agentliyi; Nikah agentliyi; Turizm agentliyi; İnternet vasitəsilə iş, tanışlıq və nikah haqqında elanlar; Qəzet və televiziya vasitəsi ilə elanlar; Tanışlar, qonşular, qohumlar tərəfindən təkliflər. Хаrici аgеntliкlər tərəfindən təкliflərlə; Əvvəlcədən hаzırlаnmış аdаmlаr tərəfindən iş təkliflərilə.
  • - Hüquq-mühafizə orqanları; Qaynar xətt; Səfirlik və Konsulluqlar; Qeyri-Hökumət Təşkilatları; Beynəlxalq təşkilatlar; Dini qurumlar; Tibb müəssisələri və s.
  • İnsan alveri qurbanlarının müdafiəsi üçün olan xüsusi müəssisələr aşağıdakılardır: İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar; İnsan alveri qurbanlarına yardım mərkəzləri. Xüsusi müəssisələrdə bütün xidmətlər ödənişsiz göstərilir. Xüsusi müəssisələrdə hər hansı pullu xidmətlərin göstərilməsinə yol verilmir. Xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
  • İnsan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yarada bilən məlumatların gizli saxlanması – konfidensiallığı bütün hallarda təmin edilir. İnsan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları və ya onun barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında məlumatları qanunsuz olaraq toplama, yaxud bu məlumatları qəsdən yayma Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
  • İnsan alverinin qurbanı əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdirsə onlara müdafiə və yardım Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər səviyyədə təqdim olunur.
  • Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları öz səlahiyyətləri daxilində və yerləşdikləri ölkənin qanunvericiliyinə uyğun olaraq insan alverinin qurbanı olan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir, onların Azərbaycan Respublikasının ərazisinə qayıtmasına yardım edirlər.
  • İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması – reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən cinayət təqibi orqanının müraciətinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində, sığınacaqlar və yardım mərkəzləri isə öz funksiyaları çərçivəsində insan alveri qurbanlarına yardım göstərməlidirlər. İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən onların Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələri ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsinə yol verilmir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48