12 iyun 2017-ci il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsinin rəsmi açılış mərasimində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

12.06.2017

12 iyun 2017-ci il tarixdə Bakı şəhərində Avropa İttifaqının və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İnkişaf Fondunun dəstəyi ilə maliyyələşdirilən “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsinin rəsmi açılış mərasimi keçirilmişdir.

Mərasimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi rəisinin başçılıq etdiyi nümayəndə heyəti, eləcə də aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində DİN-in İAQMBİ-nin rəisi, polis polkovniki Heydər Heydərov çıxış edərək BMqT və onun Azərbaycandakı Nümayəndəliyi, həmçinin digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Tədbirdə həmçinin, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Mahmud Məmməd-Quliyev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mard və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Serhan Aktoprak çıxış etmişlər.

Mərasimin sonunda sözügedən layihənin təqdimatı keçirilmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48