2017-ci ilin 28 iyul tarixində Gəncə şəhərində “30 iyul - İnsan alverinə qarşı beynəlxalq mübarizə günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

28.07.2017

Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən Gəncə şəhərində 2017-ci ilin 28 iyul tarixində “İnsan alverinə qarşı beynəlxalq mübarizə günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, USAID-in Bakıdakı Nümayəndəliyinin icraçı direktoru Randall Olson, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti, beynəlxalq və qeyri-hökumət təşkilatları, diplomatik qurumların nümayəndələri iştirak etmişdir.

İnsаn аlvеrinin mаhiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimаiyyətin diqqətinin qurbаnlаrın üzləşdiyi prоblеmlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən hər il 30 iyul tarixinin insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq keçirilməsi, insan alverinə qarşı mübarizənin davamlılığının təmin olunması istiqamətində Azərbaycan hökumətinin səylərinin dəstəklənməsi qeyd olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq təşkil edilmiş tədbir zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMqT-nin Azərbaycandakı Nümayəndəliyi arasında insan alverinə qarşı mübarizə istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Birgə Bəyannamə imzalanmışdır.

Plenar iclas şəklində davam edən tədbirdə sahəvi fikir mübadiləsi aparılmış, beynəlxalq müstəvidə mübarizə işinə töhfə verilməsi məqsədilə təkliflər hazırlanmışdır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48