İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ Beynəlxalq İnkişaf Agentiliyinin (USAİD) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

24.02.2020

İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən tərəfdaşların və sahələrin təhlilini aparmaq, USAİD tərəfindən hazırlanmış və maliyyələşdirilən insan alverinə qarşı mübarizə proqramı çərçivəsində layihə ideyasının hazırlanması və təlim ehtiyaclarını müəyyənləşdirmək məqsədilə USAİD-in Vaşinqton ofisinin əməkdaşı, insan hüquqları üzrə mütəxəssis Mark Qoldenbaum, USAİD-in Azərbaycan bölməsinin İdarəçilik və iqtisadi dayanıqlılıq şöbəsinin layihələrin idarə edilməsi üzrə mütəxəssisi Pərviz Musayev, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin layihə köməkçisi Günel Mehdiyeva ilə görüş keçirilmişdir.


Qonaqları, xüsusən insan hüquqları üzrə mütəxəssis Mark Qoldenbaumu maraqlandıran məsələlər, insan alverinə qarşı mübarizə sahəsində görülən işlər barədə geniş məlumat verilmiş, bu sahə üzrə preventiv, qurbanların müdafiəsi tədbirlərinə və təlim ehtiyaclarına dair məqamlar, eləcə də gələcək perspektivlər müzakirə edilmiş, suallar cavablandırılmışdır.


Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə baş tutmuş, qonaq heyət səmərəli məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48