“Mərkəzi Asiya və ATƏT-in Asiya tərəfdaşları Ölkələrində texnologoyadan istifadə etməklə insan alveri” mövzusunda onlayn formatında dəyirmi masa təşkil edilmişdir.

28.04.2021

ATƏT-in İnsan alverinə qarşı xüsusi nümayəndəsi və Əlaqələndiricisinin Ofisi və ATƏT-in Asiya Tərəfdaşları ilə Əməkdaşlıq Qrupunun sədri olan Albaniyanın ATƏT yanında Daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Mərkəzi Asiya və ATƏT-in Asiya tərəfdaşları Ölkələrində texnologoyadan istifadə etməklə insan alveri” mövzusunda 2021-ci il 27-28 aprel tarixlərində onlayn formatında dəyirmi masa təşkil edilmişdir.
Sözügedən dəyirmi masada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN-in İnsan Alverinə qarşı Mübarizə İdarəsini xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli təmsil etmişdir.
Orta Asiyada və ATƏT-in Asiya Əməkdaşlıq Tərəfdaşları arasında texnologiyadan istifadə edərək insan alverinə qarşı mübarizə mövzusunda onlayn formatda keçirilən dəyirmi masaya ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatoru cənab Valiant Ritchi sədrlik etmiş, virtual iclasda hökumətlər, beynəlxalq təşkilatlar, elmi dairələr və QHT daxil omaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak etmişdir.
Dəyirmi masada insan alverçilərinə həssas qurbanların istismarını artırmaq imkanı verən veb saytlar müzakirə edilmiş, insan alverini asanlaşdırmaqda texnologiyadan sui-istifadənin artan rolu vurğulanmışdır.
Cənab Richi, özəl sektorun milli səviyyədə müzakirələrə cəlb olunmasının vacibliyini və bu məsələnin təcili diqqət tələb etdiyini, istismara göz yumanlar, insan alverinin həllində və ya asanlaşdırılmasında rollarına görə iştirakı olan hər bir şəxsin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulamışdır.
Ümumilikdə onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48