Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın İnsan alveri və qanunsuz miqrasiya ilə mübarizə üzrə işçi alt qrupunun videokonfrans formatında növbəti 23-cü iclası keçirilmişdir.

02.03.2021

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın İnsan alveri və qanunsuz miqrasiya ilə mübarizə üzrə işçi alt qrupunun 2021-ci il 2 mart tarixdə videokonfrans formatında növbəti 23-cü iclası keçirilmişdir.
İclasda ölkəmizi DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin Əməliyyat təbdirləri şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Tahir Əliyev, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin baş inspektoru Vaqif Mansurov və Miqrasiya Nəzarəti Baş İdarəsinin inspektoru Toğrul Babayev təmsil etmişlər. İclasda həmçinin Gürcüstan, Ukrayna, Moldova nümayəndə heyətləri və GUAM Katibliyinin əməkdaşları iştirak etmişlər.
GUAM Katibliyinin siyasi-hüquqi məsələlər üzrə proqram-koordinatoru Andrey Kononenko iclası açıq elan edərək çıxış üçün sözü iştirakçı dövlətlərin nümayəndə heyətinə vermişdir. İclasın gündəliyinə əsəsən Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyəti tərəfindən miqrasiya siyasətinin müasir tendensiyası, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində hesabat dövründə qanunvericiliyə edilmiş dəyişikliklər və əməliyyat şəraiti, eləcə də readmissiya haqqında ikitərəfli müqavilələrin bağlanmasının vəziyyəti barədə məlumatlar təqdim edilmiş və maraq doğuran məsələlərə dair suallar cavablandırılmışdır.
İclasın yekununda işçi qrupunun 2020-ci il üçün təşkilati-praktiki tədbirlər planının icra səviyyəsi müzakirə edilmiş və GUAM-ın İnsan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə işçi alt qrupunun növbəti iclasının keçirilmə tarixi və yeri barədə diplomatik kanallar vasitəsi ilə məlumat veriləcəyi qeyd olunmuşdur. Sonda iclasın yekunu üzrə hazırlanmış protokol iştirakçılar tərəfindən imzalanmışdır.

 

 

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48