Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin “İnsan alverinə qarşı mübarizə" layihəsinin koordinatoru, layihə köməkçisi və beynəlxalq ekspertlə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları arasında onlayn görüş keçirilmişdir.

20.05.2021

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin təşəbbüsü ilə 2021-ci ilin 20 may tarixində BMqT-nin "İnsan alverinə qarşı mübarizə" layihəsinin koordinatoru xanım Ersilia Apreda, layihə köməkçisi Nərgiz Kərimova, beynəlxalq ekspert Lenja Valbona, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onlayn görüş keçirilmişdir.
Görüş zamanı insan alveri qurbanlarının müəyyən edilməsi sahəsində fikir mübadiləsi aparılmış, təşkil olunacaq təlim proqramının mövzularının hazırlanması istiqamətində xanım Lenja Volbonanın maraqlandığı suallar cavablandırılmış, beynəlxalq təcrübəyə əsaslanan qabaqcıl ölkələrin insan alveri ilə mübarizə sahəsində əldə etdikləri praktik nəticələri və aidiyyəti ehtiyyaclar müzakirə edilmişdir.
Bundan əlavə DİN-dən qurbanların müəyyən edilməsi üzrə təlimçilərin hazırlanması üçün təlimə cəlb ediləcək 5 (beş) mütəxəssisin seçilməsi, bundan sonra seçilmiş təlimçi expertlər tərəfindən təşkil olunacaq silsilə təlimlərin keçiriləcəyi regionlar barədə diskusiyalar aparılmışdır.
Görüş ümumilikdə səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48