“Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin onlayn formatında 31-ci iclası təşkil edilmişdir.

29.03.2021

2021-ci ilin 29 mart – 1 aprel tarixlərində Kudo onlayn platforması vasitəsilə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında AŞ Konvensiyasının Tərəflər Komitəsinin 31-ci iclası təşkil edilmişdir.
Sözügedən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin İnformasiya təminatı və analitik iş şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli iştirak etmişdir.
İclasda aşağıdakı mövzular üzrə müzakirələr aparılmışdır:
- “İnformasiya və kommunikasiya texnologiyaları (İKT) vasitəsilə asanlıqla yayılmış uşaqların cinsi istismar və cinsi zorakılığının müdafiəsi: uşaqların özləri tərəfindən yaradılmış seksual şəkil və/və ya videoların yaratdığı problemlərin aradan qaldırılması”;
- Seksual xarakterli xəbərdarlıqların göndərilməsinin və şəkillər əsasında uşaqların cinsi zorakılığının araşdırılmasının nəticələrinin təqdimatı;
- Lansarote Komitəsinin 30-cu İclasının qərarlar siyahısına edilmiş Əlavədə göstərildiyi kimi IV Fəsil (Beynəlxalq əməkdaşlıq) ilə bağlı kompromis mətninin nəzərdən keçirilməsi;
- “Qaçqın böhranının təsir etdiyi uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi”
- İnternetdə uşaqların cinsi istismarına və cinsi zorakılığına dair materialları aşkar etmək məqsədilə avtomatlaşdırılmış texnologiyanın istifadəsi ilə əlaqədar hərtərəfli insan hüquqlarına əsaslanan bir çərçivə üçün müvafiq Avropa Şurası standartlarının mümkün tərtibatına dair faktiki vəziyyət;
- Cinsi əlaqə üçün qanuni yaş həddinə və uşaqlara qarşı cinsi cinayətlər üçün vaxt müddətinin təyin edilməsinə dair anketlərin yenilənməsi və anketlərdə qaldırılmış məsələlər haqqında potensial yaratma tədbirlərinin nəzərə alınması;
- Avropa Şurası orqanlarının Lansarote Komitəsinin adından keçirilən iclaslarında iştirak edən Lansarote Komitəsinin üzvlərinin yekun hesabatları və/və ya Avropa Şurasının Uşaq hüquqlarına dair növbəti strategiyasının hazırlanmasına dair məlumat;
- Avropada “İnternetdə uşaqların cinsi istismarına və cinsi zorakılığına (İUCİCZ) son qoymaq” layihəsinin həyata keçirilməsinin gedişatına dair aktual məlumat.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48