2020-ci ilin 20 noyabr tarixdə insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq çərçivəsində Baş İdarənin inzibati binasında Baş İdarənin rəhbərliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında görüş keçirilmişdir.

20.11.2020

20 noyabr 2020-ci il tarixdə insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq çərçivəsində Baş İdarənin inzibati binasında Baş İdarənin rəhbərliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında görüş keçirilmişdir.
Görüşü açılış nitqi ilə açan İnsan alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov ölkədə insan alverinə qarşı mübarizə sahəsində normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, profilatika, cinayət təqibi, insan alveri qurbanları və ya potensial qurbanları, o cümlədən uşaqların sosial reabilitasiyası, müdafiəsi və onlara göstərilən yardımın gücləndirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi barədə görüş iştirakçılarına məlumat vermişdir.
Sonra Baş İdarənin rəis müavini polis polkovniki Samir Zeynalov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin çoxşaxəli uğurlu fəaliyyətinin məntiqi nəticəsi olaraq dayanıqlı inkişaf modeli ölkəmizin tərəqqisini, əhalinin sosial müdafiəsini, daxili sabitliyi və ictimai asayişi təmin etməklə yanaşı, insan alverinə qarşı mübarizə fəaliyyətinə, bu problemin həllinə də mübət təsir göstərməsini qeyd etdmişdir.
Daha sonra İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvləri bu sahədə gördükləri işlərlə bağlı çıxış etdilər.
Görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48