Gəncədə təlim keçirilir İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət müzakirə olunur

27.10.2021

Daxili İşlər Nazirliyinin dəstəyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhərində insan alverinə qarşı təlimlər keçirilir. “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində oktyabrın 27-də başlayan təlimlər üç gün davam edəcək.
Təlimin ilk günü tədbirdə çıxış edən ABŞ-ın ölkəmizə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer Azərbaycanda insan alveri ilə ciddi mübarizə aparıldığını, Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “İnsan alverinə qarşı mübarizəyə dair” 4 Milli Fəaliyyət Planının qəbul edilməsini də bu istiqamətdə irəliyə atılan ciddi addımlar olduğunu deyib. Təlimlərdə iştirak edən müxtəlif dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, eləcə də Daxili İşlər Naziriliyinin insan alverinə qarşı mübarizədə qabaqcıl qurum olduğunu vurğulayan səfir təlimlərin çox məhsuldar olacağına inamını ifadə edib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev də insan alverinə qarşı mübarizədə ölkəmizin əldə etdiyi uğurlara xüsusilə diqqət çəkib.
Daha sonra DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisləri Ramil Kazımov, Araz Babayev, mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elşad Məmmədli və qeyri-hökumət təşkilatının nümayəndələri insan alveri ilə mübarizə üzrə milli qanunvericilik bazası, insan alveri qurbanlarının müəyyən edilməsi, yardım mərkəzləri, qurbanların sığınacaqlara yerləşdirilməsi və digər mövzular ətrafında çıxışlar ediblər.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48