21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin işçiləri üçün onlayn təlim keçirilmişdir

25.04.2022

21 aprel 2022-ci il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatı və ona tabeli qurumların 37 nəfər əməkdaşı üçün “İnsan alveri və ondan müdafiə” və “Məcburi əmək riskləri” mövzuları üzrə onlayn qaydada təlim keçmişdir.

Təlimdə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi mövzuları tədris edilmişdir.
Keçirilmiş təlim dinləyicilərin xüsusi marağına səbəb olmuş və mövzular ətrafında verilmiş çoxsaylı suallar ətraflı şəkildə cavablandırılmışdır.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48