Vyanada insan alverinə qarşı mübarizə üzrə milli koordinatorların görüşü keçirilib

17.06.2022

2022-ci ilin 13-14 iyun tarixlərində Vyana şəhərində ATƏT və AŞ-ın birgə təşkilatçılığı ilə hibrid formatda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorların görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov onlayn iştirak etmişdir.

ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatorunun Ofisi və Avropa Şurasının birgə təşkil etdiyi müzakirəyə 58 ölkə (Avropa Şurasına üzv dövlətlər və ATƏT-ə üzv dövlətlər və əməkdaşlıq üzrə tərəfdaşlar) qoşulmuşdur.
İştirakçılar insan alveri ilə bağlı problemləri, o cümlədən texnologiya ilə asanlaşdırılan insan alveri ilə mübarizə üzrə siyasət təşəbbüslərini, həmçinin Ukraynadakı humanitar böhrandan irəli gələn insan alveri risklərinin qarşısının alınması və yumşaldılması üçün lazım olan tədbirləri müzakirə etmişlər.

İclasın birinci və ikinci günü ümumilikdə 4 sessiyadan ibarət olmaqla ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Xüsusi Nümayəndəsi və Koordinatoru Valiant Richeyin və Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət Konvensiyasının İcraçı Katibi Petya Nestorovanın moderatorluğu ilə "Texnologiyanın köməyindən istifadə etməklə insan alverinə qarşı mübarizə sahəsində mövcud dəyişikliklər", "İnsan alverinə qarşı mübarizə haqqında tərəqqinin ölçülməsi", "Ukraynadakı humanitar böhranla əlaqəli insan alverinə qarşı mübarizə", panel müzakirələr zamanı isə İnsan alverinə qarşı mübarizə üzrə xüsusi məruzəçi və koordinatorluğun böyük məsləhətçisi Tatiana Rudenkonun moderatorluğu ilə "İnsan alverinə qarşı mübarizə üzrə keçirilən təlimlər və təlimlərin müsbət nəticələri", "İnsan alverinə qarşı mübarizə üzrə keçirilən təlimlərin qiymətləndiriməsi", "İnsan alverinə qarşı mübarizə sahəsində keçirilən təlimlərin əlaqələndirilməsi", "İnsan alverinə qarşı mübarizə üzrə keçirilməsinə ehtiyac olan təlimlər" kimi mövzular müzakirə edilmişdir.
Görüş səmimi və işgüzar şəraitdə keçmişdir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48