Maarifləndirmə tədbiri keçirilib

22.09.2022

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı 5 saylı Asan Xidmət mərkəzində Asan Könüllüləri üçün “Birgə əməkdaşlıq və birgə mübarizə- insan alverinin qarşısının alınmasında mükəmməl vasitədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Əsədov və “Azərbaycan uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə iştirak edib, mərkəzin 100-ə yaxın könüllüsünə insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.

Keçirilən maarifləndirmə tədbiri iştirakçıların xüsusi marağına səbəb olub, mövzular ətrafında verilən çoxsaylı suallar cavablandırılıb.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48