Maarifləndirici tədbir keçirilib

26.09.2022

Sentyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “İnsan alverinə yol verməyək” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı İbrahim Əhmədov və “Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev iştirak ediblər. Universitetin 100-ə yaxın müəllim və tələbəsinə insan alveri problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.

Maarifləndirmə tədbiri iştirakçıların marağına səbəb olub, mövzular ətrafında verilən suallar cavablandırılıb.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48