Nümayəndələrimiz Buxarestdə təlimdə iştirak ediblər

26.09.2022

Sentyabrın 12-dən 16-dək Rumıniyanın Buxarest şəhərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri üzrə Agentliyi “TOPCOP” layihəsi çərçivəsində təlim təşkil edib.

Təlimdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, Polis Akademiyasının, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Rumıniya, Yunanıstan və Macarıstandan dəvət edilmiş beynəlxalq ekspertlər tərəfindən “İnsan alveri - əsas səbəbləri, kriminallaşdırılması və sənədlərin saxtalaşdırılması”, “Qurbanların müəyyənləşdirilməsi, müdafiə olunması və onlara yardım göstərilməsi” mövzularında təlimlər keçirilib.

Tədbir proqramı çərçivəsində keçirilən təcrübə mübadiləsi zamanı ölkəmizdə insan alverinə qarşı aparılan mübarizə barədə iştirakçılara geniş məlumat verilib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48