Regionlarda maarifləndirici tədbir keçirilib

26.09.2022

Sentyabrın 21-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə Qazax və Tovuz Dövlət Sosial-İqtisadi, Gəncə Musiqi və Gəncə Dövlət Regional Kolleclərinin müəllim və tələbələri ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.

Tədbirdə Baş İdarəsinin əməkdaşı Sərxan Ağamirov və “Təmas Regional İnkişaf” İctimai Birliyinin sədri Südabə Məmmədova iştirak ediblər. Kolleclərin 300-dən artıq müəllim və tələbələrinə insan alveri problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” –in fəaliyyəti barədə ətraflı məlumat verilib.

Maarifləndirmə tədbiri iştirakçıların marağına səbəb olub, mövzular ətrafında verilən suallar cavablandırılıb.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48