İnsan alverinə qarşı mübarizə sahəsində dəyirmi masa keçirilib

28.10.2022

Oktyabrın 28-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə Apa Holdinq media mərkəzində Dövlət Miqrasiya Xidməti, Dövlət Turizm Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və insan alverinə qarşı mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə ölkəmizdə turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması və belə şəxslərin mənafelərinin qorunması məqsədilə qabaqlayıcı tədbirlərin hazırlanması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Səmimi və işgüzar şəraitdə keçirilən tədbirdə müzakirə olunan məsələ barədə təkliflər qəbul edilib, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti və Dövlət Turizm Agentliyi tərəfindən əlaqəli formada görüləcək işlər müəyyən edilib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48