Baş idarədə görüş keçirilib

26.01.2023

Yanvarın 24-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisləri polis polkovniki Ramil Kazımov və polis polkovniki Samir Qarayev Beynəlxlaq Miqrasiya Təşkilatının nümayəndəsi Tran Thi Honq ilə görüşüblər.

Baş idarədə keçirilən görüşdə Azərbaycanda insan alverinə qarşı mübarizənin əsas istiqamətləri - normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması, insan alveri cinayətlərinə qarşı cinayət təqibi, insan alveri qurbanlarının müdafiəsi, əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi, maarifləndirmə, "İnsan alverinə qarşı mübarizə fəaliyyəti" layihəsi çərçivəsində Bakı şəhərində keçirilən təlimçilər üçün təlim, Bakı, Gəncə, Quba, Lənkəran şəhərlərində müxtəlif dövlət qurumları üçün keçirilən silsilə təlimlər barədə geniş məlumat verilib.

Görüşdə həmçinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən gerçəkləşən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən də dəstək verilən "İnsan alverinə qarşı mübarizə" layihəsi çərçivəsində görülən işlər müzakirə edilib.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48