Səfirliyin nümayəndələri ilə görüş keçirilib

27.01.2023

Yanvarın 26-da DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ-ın ölkəmizdəki Səfirliyinin siyasi məsələr üzrə müşaviri Brett Dvorak və Regional Təklükəsizlik Bürosunun müşavir müavini Dmitriy Boçeko ilə görüş keçirilib.

Görüşdə Baş İdarənin şöbə rəisləri, polis polkovnikləri Ramil Kazımov və Samir Qarayev Azərbaycanda insan alverinə qarşı mübarizənin əsas istiqamətləri - normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması, insan alveri cinayətlərinə qarşı cinayət təqibi, insan alveri qurbanlarının müdafiəsi, əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi, maarifləndirmə və digər mövzular barədə qonaqlara geniş məlumat veriblər. Görüşdə həmçinin Amerika Birləşmiş Ştatlarının 2022-ci ildə insan alverinə qarşı mübarizə fəaliyyətinə dair yayımladığı hesabatda Azərbaycanla bağlı əksini tapan məqamlar müzakirə edilib.

Səfirliyin Regional Təhlükəsizlik Bürosunun müşavir müavini Dmitriy Boçeko Azərbaycanda insan alveri ilə bağlı Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə təlimlər keçirilməsini təklif edib.
Səmimi və işgüzar şəraitdə keçirilən görüş əsnasında qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb, sıx əməkdaşlığa görə minnətdarlıq ifadə olunub.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48