Nümayəndəmiz Madriddə təlimdə iştirak edib

17.05.2023

Mayın 8-dən 10-dək İspaniya Krallığının Madrid şəhərində Avropa İttifaqı Hüquq-Mühafizə Təlimləri Agentliyi (CEPOL) tərəfindən “TOPCOP” lahiyəsi çərçivəsində təlim keçirilib.

Təlimdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Ruslan Əliyev iştirak edib.
Tədbirdə İspaniya Krallığının Daxili İşlər Nazirliyinin Terrorizm və Mütəşəkkil Cinayətkarlığa Qarşı Kəşfiyyat Mərkəzi, Milli Polis, Sivil Qvardiya və Baş Prokurorluğun ekspetləri “Əmək və cinsi istismar məqsədilə miqrant qaçaqmalçılığı və insan alveri, uşaqların onlayn cinsi istismarı ilə bağlı araşdırmaların aparılması” mövzusunda təlimlər keçiblər.

R.Əliyev ölkəmizdə insan alverinə qarşı mübarizənin təşkili barədə iştirakçılara geniş məlumat verib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48