İnsan Alverinə qarşı maaraifləndirmə tədbirləri keçirilib

27.05.2023

May ayı ərzində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən respublikanın Quba, Şirvan, Balakən, Lənkəran, Sabirabad, Gəncə, Şəmkir, Mingəçevir, Bərdə, Göyçay, Şamaxı, Xaçmaz və Masallı şəhər və rayonlarında yerləşən 15 Peşə lisey və məktəblərinin müəllim və tələbələrinin iştirakı ilə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maarifləndirmə tədbirləri keçirilib. İki mindən artıq tələbə və müəllimin iştirak etdiyi bu tədbirlərdə dinləyicilərə insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.

Keçirilmiş təlim iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48