Şamaxı və Xızı şəhərlərində maarifləndirmə tədbirləri həyata keçirilmişdir

08.08.2024

Şamaxı və Xızı şəhərlərində yerləşən tam orta məktəblərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizə" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi və "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri ilə yanaşı, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı İbrahim Əhmədov çıxış ediblər.

Onlar insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə geniş məlumat veriblər.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılmış, geniş izahatlar verilmişdir.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48