Sumqayıtda İnsan alverinə qarşı mübarizə və tərəfdaşlığın gücləndirilməsi ilə bağlı tədbir keçirildi

12.08.2024

“Şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, insan alveri və potensial qurbanların sosial reabilitasiyası” layihəsinin icra planına uyğun olaraq 8 avqust 2024-cü ildə Sumqayıt Gənclər Evində İnsan alverinin qarşısının effektiv alınması və əhalinin həssas təbəqələrinin həyatını yaxşılaşdırmaq üçün özəl sektor, dövlət sektoru və vətəndaş cəmiyyəti təşkilatları arasında tərəfdaşlığın gücləndirilməsi məqsədilə tədbir keçirdi.

Tədbirdə DİN-nin nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvləri, “Sumqayıt Gənclər Evi”nin könüllüləri, müxtəlif özəl sektorun nümayəndələri iştirak etdilər.

İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasına daxil olan “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova çıxışında bildirdi ki, layihəmizin əsas məqsədi şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması və insan alverinə qarşı effektiv mübarizədə ortaq məsuliyyəti tanımaq üçün müxtəlif biznes sektorları, dövlət qurumları və QHT-lər arasında tərəfdaşlığın gücləndirilməsinə nail olmaqdır.

Tədbirdə çıxış edən dövlət qurumlarının, QHT-lərin və müxtəlif biznes sektorlarının nümayəndələri də insan alveri, onun fəsadları və həlli yolarını müzakirə edərək birgə mübarizənin effektivliyindən danışdılar.

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48