Türkiyə Respublikasında “Qanunsuz miqrasiyanın idarə edilməsi üzrə 5-ci Beynəlxalq Sertifikat Proqramı” təşkil edilib

01.07.2026

İyunun 22-dən 27-dək Ankara şəhərində Türkiyə Respublikasının Sahil Mühafizə və Jandarm Akademiyasında “Qanunsuz miqrasiyanın idarə edilməsi üzrə 5-ci Beynəlxalq Sertifikat Proqramı” təşkil edilib.

Avropa, Asiya, Amerika və Afrika qitələrinin 19 ölkəsindən 25 nümayəndənin qatıldığı tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı da iştirak edib.

Beş gün davam edən proqramda Türkiyə Respublikasının Sahil Mühafizə və Jandarm Akademiyasının professor və müəllim heyəti tərəfindən miqrasiya və insan alveri üzrə ümumi konsepsiya, miqrasiyanın sosiologiyası, deportasiya prosedurları, repatriasiya mərkəzlərinin iş metodları və prinsipləri, habelə digər tədris modulları üzrə təlimlər keçirilib.

Proqramın sonunda təlimlərlə əlaqədar imtahan keçirilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı imtahanın nəticələrinə görə “Müvəffəqiyyət Sertifikatı” ilə təltif olunub.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48