DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir.

21.04.2015

2015-ci il aprel ayının 21-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1987-ci il təvəllüdlü, Şəmkir şəhər sakini Həmidova Günel Piroğlan qızının Azərbaycan Respublikası vətəndaşı, 1972-ci il təvəllüdlü, Neftçala rayon sakini Hüseynova Reyhan Habil qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası vətəndaşı olan qadını cinsi istismar məqsədilə Türkiyə Respublikasının Iğdır şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.

Faktla bağlı araşdırma davam etdirilir.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48