Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

30 aprel 2021-ci il tarixdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin “İnsan alverinə qarşı mübarizə" layihəsinin koordinatoru ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı arasında işçi görüşü keçirilmişdir.

30.04.2021

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən “İnsan alverinə qarşı mübarizə" layihəsi çərçivəsində 30 aprel 2021-ci il tarixdə layihə koordinatoru xanım Ersilia Apreda ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli arasında işçi görüşü keçirilmişdir.
Görüşün məqsədi layihə çərçivəsində ilkin mərhələdə model olaraq Milli İstaqamətləndirmə Mexanizmləri daha uyğun və daha təkmil hesab olunan iki xarici dövlətin müqayisəsinin aparılması, daha sonra aidiyyəti qurumları cəlb edilməklə ilk respondentlər üçün təlimlərin həyata keçirilməsi, təlimlərə qatılmış təlimçilərdən 3 təlimçi seçiləcək və 4 region üzrə təşkil olunacaq təlimlərə cəlb olunması olmuşdur.
Həmçinin görüş zamanı Azərbaycan Respublikasının Milli İstiqamətləndirmə Mexanizmləri (MİM) üzrə hüquqi çərçivənin formalaşdırılması üçün nümunə ölkə hesab edildiyi qeyd olunmuşdur.
Həmçinin layihənin fasiləsiz və məhsuldar faəliyyət istiqamətlərini təmin etmək üçün BMqT tərəfindən hazırlanacaq Tədbirər Planının razılaşdırılması məqsədilə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora təqdim ediləcəyi və bu istiqamətdə Moldova və Türkiyə dövlətlərinin təcrübələrinin öyrənilməsin maraq kəsb etdiyi bildirilmişdir.
Təlim respondentlər üçün nəzərdə tutulmuş 5 günlük tədbirə 20 nəfərin cəlb edilməsi, təlimdə iştirak etmək üçün dövlət qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edəcək namizədlərin müəyyən olunması nəzərdə tutulmuşdur.
Ümumilikdə onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmiş, qarşı tərəfi maraqlandıran suallar cavablandırılmışdır.