Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Vyana şəhərində “İnsan alverinə məruz qalmış şəxslərin müdafiəsi” mövzusunda iclas keçirilmişdir

28.07.2022

İyulun 18-də və 19-da Avstriya Respublikasının Vyana şəhərində ATƏT-ə üzv olan 57 dövlətin, ABŞ, Böyük Britaniya, İsrail dövlətlərinin nümayəndələrinin qatıldığı “İnsan alverinə məruz qalmış şəxslərin müdafiəsi” mövzusunda iclas keçirilib. Tədbirdə ölkəmizin Vyanadakı Səfirliyinin 2-ci katibi Ayaz Axundov və DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev iştirak etmişlər.

İclasın ilk günündə “İnsan alverinin qurbanı olan uşaqların hüquqlarının müdafiəsi” adlı sessiyada Baş İdarənin şöbə rəisi Samir Qarayev çıxış edərək Azərbaycanda 2020-2030-cu illər üçün uşaq strategiyasının qəbul edildiyini, 2020-2025-ci illər üçün uşaq strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planının təsdiq olunduğunu bildirmiş, insan alveri qurbanı olan uşaqların müəyyən edilməsi və müdafiəsinin xüsusi formaları haqqında məlumat vermişdir.