Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Baş İdarədə görüş keçirilib

04.11.2022

Oktyabrın 31-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) DİN-in tərəfdaşlığı ilə icra etdiyi MİEUX+ layihəsi çərçivəsində Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində mövcud vəziyyətə dair müzakiə keçirilib.
Müzakirələrdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, layihənin keçirilməsinə məsul şəxs Anna Melençuk, Polşanın Vrotslav Universitetinin nümayəndəsi Könül Cəfərova, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Məryəm Hacı-İsmayılova öz rəylərini bildiriblər.

Görüşdə həmçinin DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, ekspert qismində “İslahatçı qadınlar və innovasiyalar” İctimai Birliyinin nümayəndəsi Vusalə Hüseynli və Konstitusion Araşdırmalar Mərkəzinin nümayəndəsi Zaur İbrahimli iştirak ediblər.
Səmimi və işgüzar şəraitdə keçirilən görüşdə sözügedən layihənin məqsədləri, keçirilmə vaxtları, icra olunması zamanı tədris olunacaq mövzular müzakirə edilib, təkliflər nəzərə alınıb.