Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

İctimai müzakirə keçirilib

26.12.2022

Dekabrın 23-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il qrant müsabiqəsi” mövzularının müəyyənləşdirilməsi üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarının iştirakı ilə növbəti ictimai müzakirə keçirib.
İctimai müzakirədə bəzi dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri ilə yanaşı Daxili İşlər Nazirliyinin nümayəndələri də iştirak edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva qurumun 2021-2022-ci illərdə elan etdiyi müsabiqə mövzuları və qeyri-hökumət təşkilatlarının ən çox müraciət etdiyi istiqamətlər üzrə məlumat verərək bildirib ki, Agentlik hər il QHT-lərin təklifi ilə aktual mövzuları və onların çoxsahəli fəaliyyətini əhatə etməyə çalışır.

Qeyd olunub ki, ictimai müzakirənin keçirilməsinin əsas məqsədi dövlət qurumları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyətinin təşviq edilməsi, bir sıra məsələlərin həlli istiqamətində daha effektiv nəticələrə nail olmaqdır. Azərbaycanda dövlət-vətəndaş cəmiyyəti institutları münasibətlərinin uğurlu modeli cəmiyyəti narahat edən problemlərin həllində əməkdaşlıq etməyə imkan verir.

Daha sonra çıxış edənlər ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin vacibliyini vurğulayıblar. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Araz Babayev qrant müsabiqəsinin mövzuları ilə bağlı təkliflərini səsləndirib.
İctimai müzakirə qarşılıqlı diskussiya şəklində davam edib.