Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən maaraifləndirmə tədbirləri keçirilib

26.04.2023

Bu yaxınlarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyası tərəfindən Дямир Йолу və Metropoliten üzrə, Emal Sənayesi üzrə, Turizm və Sosial Xidmətlər üzrə, Texnika və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzlərinin müəllim və tələbələrinə “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda geniş maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərdə mindən artıq tələbə və müəllim iştirak edib, onlara insan alverinin problemlərinin mahiyyəti, formaları, qurbanların müəyyən edilmə üsulları, potensial qurbanlara ilkin yardım və xidmətlər, “Qaynar xətt” və qurbanların müəyyən edilmə üsulları barədə ətraflı məlumat verilib.
Keçirilmiş təlim iştirakçıların xüsusi marağına səbəb olmuş, mövzular ətrafında verilmiş çoxsaylı suallar cavablandırılıb.