Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

“İnsan alverçisi”nin cəzası artırıldı

08.05.2023

Məsdan Dadaşova qadınları aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etdiyinə görə saxlanılıb, barəsində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aşkar edilən cinsi istismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 (İnsan alveri) maddələri ilə cinayət işi başlanılıb, M.Dadaşovaya həmin maddələrlə ittiham elan edilərək iş baxılması üçün məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə M.Dadaşovanın əməlləri sübuta yetirilərək ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apelyasiya şikayəti verərək hökmün ləğv edilməsini, dövlət ittihamçısı isə apelyasiya protesti verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməsinə dair müddəaların hökmdən çıxarılmasını xahiş edib.
Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə M.Dadaşovaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.3-1-ci maddələri ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.