Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Belaruslu həmkarlarımızla görüş keçirilib

17.05.2023

Mayın 16-da Belarus Respublikası Daxili İşlər Nazirliyi Cinayət Milisinin Narkotiklərlə və İnsan Alveri ilə Mübarizə Baş İdarəsinin rəisi Oleq Silvestroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş keçirilib.

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisi, polis polkovniki Samir Qarayev, xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli, baş əməliyyat müvəkkili Ruslan Əliyev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı Rövşən Canbaxışov, qarşı tərəfdən isə Belarus Respublikası Daxili İşlər Nazirliyi Cinayət Milisinin Narkotiklərlə və İnsan Alveri ilə Mübarizə baş İdarəsinin rəisi Oleq Silvestroviç, Baş İdarənin rəis müavini Andrey Kudristkiy, Minsk şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin Cinayət Milisinin Narkotiklərlə və İnsan Alveri ilə Mübarizə İdarəsinin rəisi Sergey Belouşko və Belarus Respublikası Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Pavel Proxorov iştirak ediblər.

Tədbirdə rəis müavini S.Zeynalov qonaqlara ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, insan alverinin qarşısının alınması üzrə profilaktiki iş, insan alveri cinayətlərinə qarşı cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi, insan alverindən zərərçəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, səlahiyyətli nümayəndələr üçün təlimlərin keçirilməsi, maarifləndirmə və s. tədbirlər barədə geniş məlumat verilib.