Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Elektron Təhlükəsizlik Xidmətində dəyirmi masa keçirilmişdir

01.09.2023

Avqustun 29-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin
təşəbbüsü ilə 2020-2024-cü illər üzrə insan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının tələblərinə əsasən “Rəqəmsal imkanların insan alveri cinayətlərinin həyata keçməsində təsiri və qarşısını alma yollarında birgə iştirak” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və Kommunikasiya, Hüquq və Tənzimləmə sektorlarının rəhbərlərinin, Beynəlxalq Miqrasiya Təşkilatının əməkdaşının qatıldığı tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsini baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə təmsil edib.
Tədbirdə İnsan alverinə qarşı mübarizədə rəqəmsal təhlükəsizlik, bu sahədə normativ hüquqi aktlar, insan alveri ilə mübarizədə QHT-lərin rəqəmsal biliklərinin artırılması, rəqəmsal imkanlar vasitəsilə qaynar xəttlərin yayımı mövzularında çıxışlar olub.
İşgüzar şəraitdə keçən dəyirmi masada ətraflı fikir mübadiləsi aparılıb.