|
152
BİGANƏ QALMA |
Aprelin 3-də Avropa Şurasının təşkilatçılığı ilə “JW Marriott Abşeron Baku” otelində “Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismardan və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması" layihəsi çərçivəsində "Barnahus modeli: ədalət, qayğı və uşaq hüquqlarının inteqrasiyası" mövzusunda dəyirmi masa təşkil edilib. Aprelin 3-də Avropa Şurasının təşkilatçılığı ilə “JW Marriott Abşeron Baku” otelində “Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismardan və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması" layihəsi çərçivəsində "Barnahus modeli: ədalət, qayğı və uşaq hüquqlarının inteqrasiyası" mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı da iştirak edib.
Dəyirmi masada Avropa Şurasının Bakı Ofisinin rəhbəri P.Zix, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri C.Rəhmətullayeva və millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin üzvü K.Nurullayeva çıxış ediblər.
Beynəlxalq və yerli ekspertlərin “Barnahus modeli ilə tanışlıq: beynəlxalq və Avropa standartlarının icrası üzrə uşaqyönümlü model”, “Azərbaycanda uşaqlara qarşı zorakılıq, cinsi istismar və cinsi sui-istifadə hallarına qarşı mübarizə üzrə milli çərçivə” və “Barnahusun təcrübədə tətbiqi: müxtəlif Avropa ölkələrinin təcrübələri” mövzularında çıxışları dinlənilib.
Tədbir Barnahus modelinin tətbiqində imkanlar, çətinliklər və meydana çıxan təcrübələr barədə panel müzakirələrlə davam edib, mövzular üzrə fikir mübadiləsi aparılıb.