Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq


Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununun 4-cü maddəsinə əsasən insan alverinə qarşı mübarizə fəaliyyəti bu işə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi prinsipinə əsaslanır və Qanunun 10-cu maddəsinə əsasən dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.

İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, eləcə də insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu olan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurmuş, 27 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında 2024-2028-ci illəri əhatə edən sayca 4-cü Anlaşma Memorandumu Milli Koordinator tərəfindən imzalanmışdır.

“İnsan alverinə qarşı mübarizə haqqında” 10-cu maddəsinə əsasən insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları aşağıdakı istiqamətlərdə fəaliyyətə cəlb edilirlər:

1. insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işləri;

2. insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi;

3. insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-2021-ci illərdə “İnsan alveri ilə bağlı qiymətləndirmənin təşkili və bu sahədə mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər” istiqaməti üzrə müxtəlif qeyri-hökumət təşkilatlarının təqdim etdiyi ümumilikdə 139 layihəyə 1.156.650 AZN vəsait ayırmışdır.

 

 

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ QHT KOALİSİYASINA

ÜZV OLAN TƏŞKİLATLARIN SİYAHISI:

1. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, təşkilatın nəzdində sığınacaq fəaliyyət göstərir;

(sədr Mehriban Zeynalova - Koalisiyanın sədri)

2. “Təmas Regional İnkişaf” İctimai Birliyi, təşkilatın nəzdində sığınacaq fəaliyyət göstərir);

(sədr Südabə Məmmədova)

3. “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, təşkilatın nəzdində 116111 nömrəli “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyət göstərir;

(icraçı direktor Kəmalə Aşumova)

4. “XXI Əsrin Qadınları” İctimai Birliyi;

(sədr Mahirə Əmirhüseynova)

5. “Polisə dəstək” İctimai Birliyi;

(sədr Şəmsəddin Əliyev)

6. “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi;

(sədr Zenfira Mustafayeva)

7. “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi;

(sədr Gülayə Səfərova)

8. "Ümid Yelkənləri" İnsan Alverinə Qarşı Mübarizə İctimai Birliyi;

(sədr Fatma Allahyarova)

9. “Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi;

(sədr Qalib Nəbiyev)

10. “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyi;

(sədr Ramiz Alıyev)

11. “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi;

(icraçı direktor İradə Nəsirova)

12. “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi;

(sədr Anar Xəlilov)

13. “Sosial İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyi;

(sədr Sevda Məmmədova)

14. “Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına İctimai Birliyi;

(sədr Zülfiyyə Nuriyeva)

15. “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi;

(sədr Eynulla Xeyrullayev)

16. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi;

(sədr Mehriban Abdullayeva

17. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi;

(sədr Zaur İbrahimov)

18. “Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi;

(sədr Əli Mirzəyev)

19. “Hüquqi –Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi;

(sədr Fariz Əkbərov)

20. “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İB;

(sədr Afiq Məlikov)

21. “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyi;

(sədr Ruxsarə Axundova)

22. “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi;

(sədr Vüsalə Hüseynli)

23. “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi;

(sədr Cəsarət Hüseynzadə)

24. “Gənclər Mərkəzi” İctimai Birliyi;

(sədr Kənan Qubadzadə)

25. “Yeni Həyat” Humanitar və Sosial Dayaq” İctimai Birliyi;

(sədr Nailə İsmayılova)

26. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi;

(sədr Samirə Mustafayeva)

27. “Ailə və Uşaqların Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi;

(sədr Alı Mustafayev)

28. “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyi;

(sədr Fuad Hüseynzadə)

29. “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişaf İctimai Birliyi;

(sədr Zaur Quliyev)

30. “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi;

(sədr Cəlal Əmənov)

31. Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi;

(sədr Radə Qafarova)

32. “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi;

(sədr Bəsti Nəsibova)

33. “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi;

(sədr Ramil İskəndərli)

34. "İqtisadi - Hüquqi Maarifçilik Mərkəzi" İctimai Birliyi;

(sədr İmran Vəliyev, icraçı direktor Ağamirzə Bağırov)

35. “Hüquqi və Demokratik İslahatlar Mərkəzi” İctimai Birliyi;

(sədr İlham Əliyev)

36. “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi;

(sədr Ramil Əliyev)

37. “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi;

(sədr Fəridə Vəliyeva)

38. “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyi;

(sədr Ayaz Seyidli)

39. “Yeni Həyat” İqtisadi İnkisaf İctimai Birliyi;

(sədr Ədil Ədilzadə)

40. “Narkotizmlə Mübarizə” İctimai Birliyi;

(sədr Zaur Adıgözəlov, direktor Aydın Məmmədov)

41. “Peşəkar Psixoloqlar” İctimai Birliyi;

(sədr və təsisçi Səbinə İsmayılova)





Çap et  Çap et