Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

“Qazaxıstan Respublikasında insan alveri qurbanlarının müəyyən edilməsinin inkişafı və insan alveri sahəsində törədiləcək hüquqpozmalara qarşı mübarizədə cinayət təqibinin göcləndirilməsi” mövzusunda onlayn dialoq təşkil edilmişdir

28.05.2021

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Qazaxıstandakı Nümayəndəliyi tərəfindən Qazaxıstan Respublikasında İnsan hüquqları üzrə Müvəkkilinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Qazaxıstan Respublikasında insan alveri qurbanlarınını müəyyən edilməsinin inkişafı və insan alveri sahəsində törədiləcək hüquqpozmalara qarşı mübarizədə cinyət təqibinin göcləndirilməsi” mövzusunda 2021-ci il 28 may tarixində ZOOM platforması vasitəsilə onlayn dialoq təşkil edilmişdir.


Qeyd olunan tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin xmiü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli iştirak etmişdir.
Görüşdə həmçinin ABŞ-ın Qazaxıstan Respublikasındakı Səfiri cənab Uilyam Mozer, BMqT-nin Mərkəzi Asiyada subregional əlaqələndiricisi, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan Respublikarında BMqT-nin Missiyasının rəhbəri Zeynal Hacıyev, insan alveri üzrə beynəxalq ekspert Vitaliy Kasko, Avstraliyadan BMqT-nin məsləhətçisi Xanna Antonova, Gürcüstanın, Moldovanın, bir sıra beynəlxalq və qeyri hökumət təşkilatlarının nümayəndələri təmsil olunmuşlar.

Tədbir zamanı BMqT-nin “İnsan alveri ilə mübarizə” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən hazırlanmış Qazaxıstan Respublikasında insan alveri ilə bağlı həyata keçirilən cinayət təqibi və insan alveri qurbanlarının müəyyən olunması tədbirlərinin effektivliyinin qiymətləndirilməsinə dair hesabat və bu istiqamətdə beynəlxalq təcrübəyə əsaslanan təqdimatlar iştirakçılara təqdim olunmuşdur.
Onlayn görüş zamanı Azərbaycan Respublikasında insan alverinə qarşı aparılan mübarizə, qanunvericilik, beynəlxalq əməkdaşlıq, cəza-icra prinsiplərinin hüquqi apektləri, insan alveri qurbanlarının müəyyən edilməsi mexanizmləri, bu sahədə normativ-hüquqi baza, qurbanların reabilitasiyası, cəmiyyətə inteqrasiyası, sosial, tibbi, və psixoloji tədbirlər haqqında geniş məlumat verilmişdir.

 





Çap et  Çap et