Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

“İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası (GRETA) və Avropa Şurası Mütəxəssislər Qrupu tərəfindən təşkil edilən “Uşaqlar və gənclər arasında insan alverinə son qoyulması” mövzusunda onlayn formatda beynəlxalq konfrans təşkil edilmişdir.

05.05.2021

2021-ci ilin 4-5 may tarixlərində Microsoft onlayn platforması vasitəsilə TNV LIBERI (“Liberi” Latın dilində "uşaqlar" deməkdir) layihəsi ilə maliyyələşdirilən və Avropa Şurası Nazirlər Komitəsinin Almaniya Sədrliyi çərçivəsində “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası (GRETA) və Avropa Şurası Mütəxəssislər Qrupu tərəfindən təşkil edilən “Uşaqlar və gənclər arasında insan alverinə son qoyulması” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.
Onlayn tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin İnformasiya təminatı və analitik iş şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Elşad Məmmədli iştirak etmişdir.
Konfransın məqsədi hərtərəfli, insan hüquqlarına əsaslanan yanaşma və beynəlxalq tərəfdaşlığı vurğulayaraq, uşaq və gənclər arasında insan alverinin qarşısının alınmasının və ona qarşı mübarizənin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsi aparmaqdan və müzakirələri təşviq etməkdən ibarətdir.
2018-2021-ci illərdə həyata keçirilən THB LIBERI layihəsi Avropa İttifaqının daxili Təhlükəsizlik Fondu (ISF) tərəfindən maliyyələşdirilir və Almaniya Federal Cinayət Polisi İdarəsi, yeddi Almaniya dövlət federal polis idarəsi və Avstriya Federal Cinayət Polis İdarəsi tərəfindən həyata keçirilir.
Layihə üç əsas - "İnternet vasitəsilə uşaq və gənc insanların istismarı", "Uşaq və gənc insanların ailə strukturları tərəfindən istismarı", "Uşaq və gənc insanların ifadə verməsinin gücləndirilməsi" mövzunu təşkil etmiş və mövzular üzrə müzakirələr aparılmışdır.
Konfransda Avstriya və Almaniyadan Federal Cinayət Polis İdarələri, Berlin və Hamburg Dövlət Cinayət Polis İdarələri, Polis idarələrinin Frankfurt/M, Krefeld, Leypsiq, Hannover və Auqsburqda baş qərargahları; Almaniyanın Federal Nazirlikləri: Ailə, Yaşlı Vətəndaşlar, Qadın və Gənclər üzrə Federal Nazirlik, Federal Daxili İşlər Nazirliyi, Federal Əmək və Sosial İşlər Nazirliyi, Federal Ədalət və İstehlakçıların Müdafiəsi Nazirliyi; “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının 47 iştirakçı dövlətinin mütəxəssisləri; GRETA üzvləri; Digər Avropa Şurası qurumlarının nümayəndələri (məsələn, Lanzarote Komitəsi, Kiber Cinayət Konvensiyası Komitəsi, Romanlar və Səyahətçilərlə əlaqədar Mütəxəssislər Komitəsi); Daimi Nümayəndələrdən ibarət heyət; Aİ-nın İnsan Alverinə qarşı Koordinatoru; ЕМРАСТ THB Layihəsinin rəhbərləri; Avrocast (Avropa Ədliyyə şəbəsəki) və AVROPOL-dan nümayəndələr; Vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişdir.





Çap et  Çap et