Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

2020-ci ilin 19 oktyabr tarixində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə “BMT-Qadınlar” təşkilatı tərəfindən “İnsan alveri sahəsində yüksələn tendensiyalar və COVİD-19 pandemiyasının nəticələri”nin müzakirəsinə həsr olunan onlayn formatda vebinar keçirilmişdir

10.06.2021

19 oktyabr 2021-ci il tarixdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə “BMT-Qadınlar” təşkilatı tərəfindən “İnsan alveri sahəsində yüksələn tendensiyalar və COVİD-19 pandemiyasının nəticələri”nin müzakirəsinə həsr olunan onlayn formatda təşkil edilmiş vebinarda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı iştirak etmişdir.
Onlayn tədbirdə “Köləlik əleyhinə kollektiv” təşkilatının həmtəsisçisi Əlahəzrət Şahzadə Yujeni (Eugenie), BMT-nin İnsan, xüsusilə qadın və uşaq alveri üzrə xüsusi məruzəçisi Siobhan Mulally, İsveçin İnsan alverinə qarşı mübarizə üzrə Səfiri Per-Anders Sunesson, İngiltərənin Köləliyə qarşı mübarizə üzrə Komissarı və Avropa Şurasının GRETA üzvü Kevin Hyland (OBE), “Apne Aap Women Worldwide” təşkilatının qurucusu və “Emmy” mükafatlı jurnalist Ruçhira Qupta və İnsan alverinə qarşı mübarizə fəalı argentinalı Alika Kinan Sanchez çıxışlar etmişdir.
İclasda müxtəlif ölkələrin nümayəndələri tərəfindən insan alverinin cinayət təqibi, məhkəmələrdə insan alverçilərinə çıxarılan hökmlər, uşaq alveri, uşaqların qanunsuz miqrasiyası, potensial insan alveri qurbanlarının maarifləndirilməsi və onlar üçün iş imkanlarının təmin edilməsi kimi mövzular müzakirə olunmuşdur. Həmçinin hal-hazırda bütün dünyanı öz cənginə almış Covid-19 pandemiyasının insan alverinə mənfi təsirləri barədə də fikirlər səsləndirilmişdir.
Onlayn görüş səmimi və işgüzar şəraitdə keçirilmişdir.

 

 

 

 

 

 

 





Çap et  Çap et